ABŞ təyyarədaşıyan gəmilər üçün “Gambit” PUA-sı hazırlayacaq


Amerikanın “General Atomics” şirkəti təyyarədaşıyanlar üçün “Gambit 5” pilotsuz uçuş aparatı üzərində işə başladığını elan edib.



Bu barədə The War Zone (TWZ) yazıb.

Britaniyada bu yaxınlarda açılan "Farnboro" Aviasiya Sərgisində şirkət Britaniyanın "HMS Prince of Wales" təyyarədaşıyan gəmisinin göyərtəsində "Gambit" dronunu göstərən render nümayiş etdirib.

"Gambit" dronunun mərkəzində süni intellektlə idarə olunan avadanlıq, uçuşa nəzarət sistemi və üç təkərli eniş qurğusu olan ümumi baza dayanır. O, müxtəlif təyyarə karkasları və faydalı yüklərlə təchiz oluna bilər. Əvvəllər şirkət "Gambit"in kəşfiyyat versiyalarını və hava hədəflərini vurmaq üçün dronları nümayiş etdirib. Nəşr qeyd ki, qurğunun göyərtə variantı eniş zamanı yüksək yüklərə tab gətirə bilən gücləndirilmiş şassi tələb edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu