ABŞ Gizli Xidmətinin direktoru istefa verdi


ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki mitinqində güllələnməsindən sonra tənqidlərə məruz qalan ABŞ Gizli Xidmətinin direktoru Kimberli Çitl istefa verib.



“Təhlükəsizlik nasazlığına görə tam məsuliyyəti öz üzərimə götürürəm. Son hadisələrin fonunda mən direktor vəzifəsindən istefa vermək barədə çətin qərar qəbul etdim” deyə Çitl şöbə işçilərinə göndərdiyi bəyanatında qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl o, Trampa sui-qəsdin departamentin son onilliklərdəki ən böyük uğursuzluğu olduğunu söyləmişdi. Çitl qeyd etmişdi ki, Xidmətin missiyası Amerika liderlərini qorumaq idi, lakin agentlik bu vəzifədə uğursuz olub. O, həmçinin belə bir şeyin təkrarlanmaması üçün mümkün olan hər şeyi edəcəyini vəd etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu