ABŞ ordusu Suriyadakı bazasına əlavə qüvvələr göndərib


ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin zəbt etdiyi Həsəkə vilayətindəki bazasına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.



Yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Həsəkənin Şəddadi rayonundakı hərbi bazaya çatıb.

Karvanda həmçinin döyüş sursatı ilə dolu maşınlar, hazır otaqlar və "Avenger" Hava Hücumundan Müdafiə Sistemi silahları da yer alıb.

Karvanı ABŞ helikopterləri müşayiət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu