Ermənistan sərhədçilərinin döydüyü azərbaycanlı sürücü sağ imiş - VİDEO+YENİLƏNİB

İranın Qafandakı baş konsulu Morteza Abedin Varam hazırda sürücünün vəziyyətinin yaxşı olduğunu bildirib.
“Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır” - deyə baş konsul bildirib.
***
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
AFN.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.
Ətraflı
Ad - 00:05
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.
Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.
Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.