Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu - YENİLƏNİB

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 9 saylı poliklinikada baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.