Ağ Ev: Bayden Parkinson xəstəliyindən müalicə almır


Ağ Ev prezident Co Baydenin hər hansı səviyyədə Parkinson xəstəliyinin olmadığını və illik sağlamlıq müayinəsi çərçivəsində səlahiyyət müddəti ərzində yalnız 3 dəfə nevroloq tərəfindən müayinə olunduğunu açıqlayıb.



Ağ Evin sözçüsü Karine Jean-Pierre Parkinson xəstəliyi üzrə mütəxəssisin 8 ayda 8 dəfə Ağ Evə gəldiyinin ortaya çıxması ilə bağlı sualları cavablandırıb.

Baydenin illik rutin sağlamlıq müayinəsi çərçivəsində indiyə qədər cəmi 3 dəfə nevroloq tərəfindən müayinə olunduğunu ifadə edən Jean-Pierre, Parkinson mütəxəssisi Dr. Kevin Cannardın Ağ Evə səfəri zamanı Baydeni müayinə edib-etməməsi və ya Baydenin şəxsi həkimi ilə nələri müzakirə etdiyi ilə bağlı suallar cavabsız qalıb.

Jurnalistlərin israrlı sualları üzərinə Jean-Pierre, "Məni nə qədər məcbur etsəniz də, mənə qarşı nə qədər qəzəbli olsanız da Ağ Evi ziyarət edən bu şəxslər barədə danışmayacağam. Bu, yersiz, qəbuledilməzdir" deyib.

Qeyd edək ki, "New York Times"ın əldə etdiyi rəsmi Ağ Ev ziyarətçi qeydlərinə görə, Parkinson mütəxəssisi Dr. Kevin Cannard 2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər Ağ Evi 8 dəfə ziyarət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu