KİV: Ukrayna iyulda Çexiya təşəbbüsü çərçivəsində sursatın ikinci partiyasını alacaq

Üçüncü ölkələrdən alınan sursatın növbəti partiyası iyulda Ukraynaya gələcək.
Bu barədə AFN.az "Euractiv"ə istinadən xəbər verir.
Çexiya hökumətinin nümayəndələrinə istinadən verilən xəbərdə bildirilir ki, növbəti tədarüklər iyul ayına planlaşdırılır. İlin sonuna qədər Ukrayna yarım milyona yaxın döyüş sursatı almalıdır.
Çexiya hökuməti sursatın mənşəyini açıqlamayıb.