Dağıstanda silahlı hücumlarda 15 polis əməkdaşı ölüb

Dağıstanda polis bölməsi, sinaqoq və iki kilsə silahlı hücumların hədəfinə çevrilib. Hücumlarda 15 polis və 1 keşiş həyatını itirib. 6 silahlı zərərsizləşdirilib.
Rusiya Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov özünün Telegram kanalında Mahaçqala və Dərbənd şəhərlərində polis postu, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarla bağlı açıqlama verib.
Bunun terror hücumu olduğunu qeyd edən Melikov, hücumun arxasında kimin dayandığını və təşkilatçıların nəyi hədəflədiklərini bilmədiklərini qeyd edib
Dağıstan polisinin hücumları təşkil edənlərə müqavimət göstərdiyini bildirən Melikov, terror aktında 15-dən çox polis əməkdaşının həyatını itirdiyini bildirib.