İtaliya sahillərində iki ayrı qayıq qəzasında 11 nəfər ölüb

İtaliya sahillərində iki ayrı qayıq qəzası baş verib. Qəzalarda ümumilikdə 11 nəfər həyatını itirib, 60-dan çox insan itkin düşüb.
Almaniya mərkəzli qeyri-hökumət təşkilatı RESQSHIP dünən verdiyi açıqlamada İtaliya sahillərində batan taxta qayıqdan 2-si huşsuz vəziyyətdə olan 51 nəfərin xilas edildiyini, 10 nəfərin cəsədinin isə gəminin aşağı göyərtəsində tapıldığını açıqlayıb.
"Huşunu itirmiş şəxslər hazırda tibbi yardım alır və təcili evakuasiyanı gözləyirlər. Qayığın su basmış alt göyərtəsində 10 ölü var. Su ilə dolu taxta qayıqda ümumilikdə 61 nəfər olub. Ekipajımız 51 nəfəri təxliyə edə bilib, onlardan ikisi huşsuz idi", - məlumatda deyilir.
Mənbə: DHA