"Blue Origin", "SpaceX" və "ULA" Pentaqonla müqavilə bağladı
"Blue Origin", "SpaceX" və "United Launch Alliance" (ULA) National Security Space Launch (NSSL) proqramının üçüncü mərhələsi çərçivəsində beş il ərzində Pentaqonla 5,6 milyard dollar dəyərində müqaviləl bağlayıb.
Bu barədə "SpaceNews" məlumat yayıb.
Üç şirkət 2025 və 2029-cu maliyyə illəri arasında sifarişlər üçün yarışacaq. Bu müddət ərzində müqaviləyə əsasən, onlar Pentaqonun maraqları naminə ən azı 30 kosmik raket buraxılışını kollektiv şəkildə həyata keçirməlidirlər.
Nəşr qeyd edir ki, "Blue Origin" ilk dəfədir ki, NSSL proqramı çərçivəsində müqavilə bağlayır.