Bayden oğlunun təqsirli bilindiyi məhkəmənin nəticələrinə hörmətlə yanaşacağını açıqladı


ABŞ prezidenti Co Bayden qanunsuz silah əldə etmə işində təqsirli bilinən oğlu Hanter Baydenlə bağlı qərara hörmətlə yanaşacağını bildirib.


ABŞ prezidenti oğlunun qanunsuz silah saxlamaqda təqsirli bilindiyi işlə bağlı açıqlama verib.

Oğlunun uzun müddət narkotik asılılığı ilə mübarizə apardığını və dözümlü olduğu üçün oğlu ilə qürur duyduğunu bildirən Bayden, bu mövzuda ona dəstək olmağa davam edəcəyini vurğuladı.

Bayden açıqlamasında “Mən prezidentəm, amma həm də atayam” deyib.

"Jill və mən oğlumuzu sevirik. Mən bu işin nəticəsini qəbul edəcəyəm və lazımi prosesə hörmət etməyə davam edəcəyəm. Jill və mən həmişə Hunterin yanında olacağıq".

Qeyd edək ki, Delaver ştatında keçirilən işdə münsiflər Hanter Baydenin "federal lisenziyalı silah satıcısına yalan danışmaqda", "müraciət formasında narkotik istifadəçisi olmadığı barədə yanlış məlumat verməkdə" və "11 gün qanunsuz olaraq silah saxlamaqda" təqsirli olduğuna qərar veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu