NATO Rusiyadan alyans ölkələri üçün qaçılmaz təhlükə görmür
Şimali Atlantika Alyansı təşkilatın heç bir üzvü üçün Rusiyadan gözlənilməz təhlükə görmür.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Helsinkidə keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, döyüşlər başa çatdıqdan sonra Rusiya öz qüvvələrini bərpa edə bilər: "Lakin bu, hər hansı NATO müttəfiqinə qarşı hücumun gözlənilməz olduğunu görəcəyimiz anlamına gəlmir. Çünki NATO dünyanın hərbi gücünün 50%-ni təşkil edir. Bizim məqsədimiz - kollektiv müdafiə və münaqişənin qarşısını almaqdır. Deməli, növbəti müharibəyə geri sayımın başlanması fikri yanlışdır”.