“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!
Müsabiqə 5-9 iyun tarixlərində “Nar”ın instagram səhifəsində keçiriləcək. Yarışda iştirak edənlər finala keçmək üçün festivala özəl hazırlanmış oyunda minimum 30 xal toplamalıdır. Keçid balını toplayanlar arasından təsadüfi üsulla 3 nəfər qalib elan ediləcək. 1-ci yerin qalibinə “iPhone 15 Pro”, 2-ci yerin sahibinə “JBL” qulaqlıq və 3-cü yeri tutan şəxsə isə 100 azn dəyərində hədiyyə kartı veriləcək. Müsabiqənin şərtləri barədə daha ətraflı tanış olmaq üçün buraya daxil ola bilərsiniz. Hədiyyəli müsabiqədən əlavə, “Nar” bu festivalda iştirakçılar üçün maraqlı süprizlər də təqdim edəcək.
Qeyd edək ki, “Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. “Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.