Qəzzada 1 milyon insan ölümlə üz-üzədir


Qəzzada 1 milyondan çox insan aclıq və ölüm təhlükəsi ilə üz-üzə qalıb.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bəyanat yayıb. Bəyanatda bildirilir ki, iyulun ortalarına qədər Qəzzada 1 milyondan çox insan aclıq və ölümlə üzləşəcək.

Qeyd edək ki, Qəzzada döyüşlər 2023-cü ilin oktyabrından başlayıb. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 2023-cü il oktyabrın 7-də “Məscidül-Əqsa başda olmaqla Fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb və əks-hücuma keçib. İndiyədək 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 550 fələstinli həlak olub, 82 min 959 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu