Qazaxıstan Talibanı terrorçular siyahısından çıxarıb


Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə Taliban rejimini terrorçular siyahısından çıxarıb.


Bu barədə ölkə prezidenti Kasım-Comərd Tokayev bildirib. O, qeyd edib ki, Qazaxıstan müasir Əfqanıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, Taliban rejimini terrorçular siyahısından çıxarıb.

Tokayevin sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Bu məsələdə KTMT ölkələrinin razılaşdırılmış mövqeyinin vacibliyini qeyd edən Qazaxıstan lideri Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılması ilə bağlı respublikanın təşəbbüsünü dəstəkləməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu