İran Rəisinin helikopterinin təxribata uğraması ehtimalını istisna edir


İran prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış nəticəsində qəzaya uğraması versiyası təkzib edilib.


Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının fəlakətin təhqiqatından sonra yaydığı ikinci hesabatda deyilir: “Helikopterin qalıqları və hissələrinin aralarındakı məsafəyə və hərəkət yoluna baxılmasının nəticələrinə əsasən bu qənaətə gəlinir ki, təxribat yoxdur".

“Müvafiq ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron müdaxilə izlərinə də rast gəlinməyib”, - deyə hərbi idarədən bildirilib. Helikopter heyəti sonuncu dəfə qəzadan 69 saniyə əvvəl əlaqə saxlayıb. "Qəzanın əsas səbəbi müəyyən edilənə qədər məlumatların təhlili davam etdiriləcək", - deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu