İyunun 3-dən BDU-da yaz imtahan sessiyası başlayacaq


Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.


AFN.az xəbər verir ki, iclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 30 may, təkrar yekun dövlət imtahanlarının isə 24 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu