Hindistan Rusiyadan taxıl idxalını bərpa edir


Hindistan hakimiyyəti artan qiymətləri sabitləşdirmək və məhsul çatışmazlığı səbəbindən azalan taxıl ehtiyatlarını artırmaq üçün Rusiya taxılının alışına qayıtmağı düşünür.


Bu barədə TASS “The Economic Times” qəzetinə istinadən xəbər verir. Hindistan hazırda buğda idxalına 40 faiz vergi tətbiq edir. Yerli hakimiyyət orqanları yerli istehsalçıları qorumaq üçün altı il əvvəl bu qaydanı tətbiq etməyə başlayıblar.

Yeni Dehli bu vergini ləğv etsə, Rusiya buğdasını yenidən Hindistan bazarına çıxara biləcək. Lakin bu, yalnız hazırda orada keçirilən ümumi parlament seçkilərindən sonra baş verə bilər. Seçkinin nəticələri iyunun 4-də açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu