Səudiyyə Ərəbistanı iranlı jurnalistləri deportasiya edib


İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyinin nəzdində çalışan 6 dövlət televiziyası jurnalistinin ölkə hakimiyyəti tərəfindən deportasiya edildiyi bildirilib.


İran dövlət televiziyası jurnalistlərin ötən gecə deportasiya edildiyini açıqlayıb.

Bildirilib ki, İran dövlət televiziyasında çalışan 4 jurnalist ötən həftə Məscid-i Nəbəvidə çəkiliş apararkən saxlanılıb və bir neçə saatlıq sorğu-sualdan sonra Mədinədəki təcridxanaya aparılıb. İki gün sonra Səudiyyə polisi iranlı zəvvarların qaldığı oteldə dini mərasimdə iştirak etmək istəyən iki dövlət televiziyasının müxbirini saxlayıb.

İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyində çalışan Səlim Qaffuri, Şefii Şulekar, Mehdi Mueyyidi, Mehdi Əmiri, Purya Süleymanzadə və Əli Rıza Taban adlı jurnalistlər Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə dünən axşam saatlarında deportasiya edilib.

İranın Radio və Televiziya Qurumunun (İRİB) prezidenti Peyman Cebelli ilk olaraq Dubaya göndərilən və bu gün səhər Tehrana çatan jurnalistləri salamlayaraq, jurnalistlərin saxlanması və deportasiya edilməsinin səbəbləri barədə ona məlumat verilmədiyini deyib.

Cebelli məsələ ilə bağlı hüquqi təşəbbüslərə başlanılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu