Belçikada "rəngli" fermer etirazı


Belçikanın paytaxtı Brüsseldə fermerlər növbəti dəfə etiraz aksiyası keçirmək üçün bir araya gəlib. Bu dəfə yanlarında inək modelləri olub. Süd istehsalçıları modelləri daşıyan traktoru Avropa Parlamentinin qarşısına çəkərək qiymət artımını tələb ediblər.



Süd istehsalçıları ölkə bayraqlarının rənglərini daşıyan 20 inək modeli ilə Brüssel küçələrinə çıxaraq inəklərin zəngini çalıblar.

Fermerlər modelləri daşıyan traktoru Avropa Parlamentinin qarşısına çəkiblər.

Almaniya, İtaliya, Fransa, Litva, İrlandiya, Belçika və Danimarkadan olan etirazçılar qiymət artımını tələb ediblər. Onlar açdıqları pankartlarla səslərini deputatlara çatdırmağa çalışıblar.

Avropa Birliyinə üzv olan ölkələrdə fermerlər bir müddətdir etiraz aksiyaları təşkil edirlər.

O, şəraitin yaxşılaşdırılmasını, istehsalçılara ödənişlərin artırılmasını istəyir.

Qeyd edək ki, fermerlər Ukraynadan idxal edilən kənd təsərrüfatı məhsullarının bazarda qiymətləri azaldacağı səbəbiylə etiraz edirlər.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu