Brüsseldə etiraz edən fermerlər polislə toqquşub
Brüsseldə etiraz edən fermerlər polislə toqquşub.
Bu barədə TASS məlumat yayıb.
Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı nazirlərinin iclasının keçirildiyi Brüsselin Avrokvartalının yaxınlığında fermerlərlə polis arasında toqquşma baş verib.
Bildirilib ki, fermerlər polis barrikadasını yarıb Avrokvartala daxil olmağa çalışıb. Hüquq-mühafizə orqanları etirazçılara qarşı su şırnaqlarından, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.