İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar


İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar. Bu barədə Türkiyənin “Milliyet” nəşri yazıb.



Hadisə Küçükçekmece bölgəsində baş verib.

“Ehtimal olunur ki, motosikletlə gələn insanlar iş yerinə partlayıcı ataraq çıxıblar. Hadisədən sonra ünvana çoxlu sayda polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib. Hadisə yerində ekipajların işi davam edir”, - materialda deyilir.

Nəşrdə zərərçəkənlər barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu