Rumıniyada insanı "uçurdan" reaktiv kostyum icad edildi - VİDEO


Rumıniyada elm adamları mütərəqqi kəşfə imza atıblar. Belə ki, bu ölkədə insanın "uçmasına" yardım edən reaktiv kostyum icad ediblər.


Təlimdə iştirak edən tibb işçisi Trascaului dağının zirvəsində qurbanı xilas etmək üçün reaktiv mühərrik kostyumu geyinib. O, quş kimi uçaraq dağın zirvəsinə çatmaq üçün lazım olan 3 saatlıq yolu 3 dəqiqəyə qət edib.

Təlimdə iştirak edən tibb işçisinin məqsədi Trascaului dağının zirvəsində qurbanı xilas etməkdir. Rumıniyalı feldşer əvvəlcə əlcəklərini geyinib, belinə çanta taxıb və uçmağa başlayıb. Onun belindəki çanta əslində mini uçuş vasitəsidir. Geyindiyi avadanlığa isə “reaktiv kostyum” deyilir.

Kostyumun hər qolunda iki, bel çantasında isə üç mini motor var. Əllərini hərəkət etdirərək mühərrikləri idarə edən tibb işçisi, "reaktiv kostyum"u ilə piyada 3 saata çatacaq əraziyə cəmi 3 dəqiqəyə, saatda 36 kilometr sürətlə çatıb.

Zərərçəkmiş də qısa müddətdə xilas edilib.

Videonu BURADAN izləyə bilərsiz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu