Kolumbiyada polislərə hücum edildi - 6 nəfər yaralandı


Kolumbiyanın cənub-qərbində polis əməkdaşlarına təşkil edilən bombalı hücumda 2-si polis olmaqla 6 nəfərin yaralandığı açıqlanıb.



Cənubi Amerika ölkəsi Kolumbiyanın Cauca inzibati bölgəsindəki Morales qəsəbəsində polis qruplarına kustar bomba ilə hücum təşkil edilib. Hadisə zamanı 2-si polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücumu otelin yaxınlığında motosikletli insanlar həyata keçirib. Partlayışdan qısa müddət sonra polis idarəsinə də atəş açılıb və əraziyə çoxlu hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.

Hadisədən sonra açıqlama verən Kolumbiya prezidenti Qustavo Petro hücumun qəbuledilməz olduğunu bildirib və orduya əməliyyat əmri verdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu