ABŞ qoşunlarını Nigerdən çıxarır


Birləşmiş Ştatlar hərbi əməkdaşlıq müqaviləsini ləğv edərək qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracağını açıqladı.


ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcəyi qeyd edilib.

Keçən həftə ABŞ nümayəndə heyəti Nigerə gedib və qoşunların çıxarılması prosesini təfərrüatlandırmaq üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.

Niger martın 17-də ABŞ-la 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etmələrini tələb edib.

Aprel ayında ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə Nigerin baş naziri Əli Mahaman Lamine Zeine arasında Vaşinqtonda keçirilən görüşdən sonra ABŞ tərəfi qoşunlarını geri çəkməyə və Aqadez şəhərindəki pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.

ABŞ-ın bağlayacağı ən bahalı PUA bazası

Nigerdə ​​təxminən 1000 ABŞ əsgəri var. Sahara səhrasının cənub ucunda Aqadez şəhəri yaxınlığında "Niger Hava Bazası 201" adlı PUA bazası var.

"Niger 201" Cibutidəki daimi bazasından sonra ABŞ-ın PUA əməliyyatları həyata keçirdiyi Afrikada ikinci ən böyük bazadır.

ABŞ tərəfindən tikilib maliyyələşdirilən və Niger ordusuna məxsus olan baza 2019-cu ildən yüksək texnologiyalı peyk rabitə sistemləri ilə xidmətdədir.

Niger əyalətindən 10 il müddətinə icarəyə götürülmüş "Niger" 201 ABŞ-da ən böyük və ən bahalı PUA bazası hesab olunur.

Onun tikintisinə 110 milyon dollar, illik baxımına isə 30 milyon dollar xərcləyən ABŞ, sözügedən bazadan Saheldəki əsas kəşfiyyat və müşahidə mərkəzi kimi istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu