"Trendyol"da çatdırılma bahalaşıb?
Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətinin 2 dəfədən çox bahalaşması ilə bağlı məlumatlar yayılıb.
Qeyd edilir ki, dünənə qədər 79.99 TL (4.23 AZN) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 AZN) hesablanacaq. Yəni məhsulun daşıma xərci bu gündən etibarən yeni qiymətlə hesablanacaq.
Məsələ ilə əlaqədar "Trendyol Azərbaycan" şirkəti də açıqlama verib. Şirkət qiymət dəyişikliyinin daha çox böyük həcmdə olan bağlamalar üçün olduğunu qeyd edib:
"Ən aşağı ölçüdə olan bağlamaların qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər".