Şimali Koreya COVID-19-dan sonra ilk dəfə xaricdən tələbə qəbuluna başlayıb


Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə 80-dən çox çinli tələbənin ölkəyə daxil olmasına icazə verib.


"Yonhap" xəbər verir ki, epidemiyanın başlamasından sonra sərhədlərini xarici dünyaya bağlayan Şimali Koreya ilk dəfə xaricdən tələbə qəbuluna başlayıb.

Çinin Pxenyandakı səfirliyi tərəfindən edilən paylaşımda 41 tələbənin Şimali Koreyaya çatdığı bildirilib.

Yazıda Çin və Şimali Koreya arasında tələbə mübadiləsi proqramlarının yenidən başladığı və bu yaxınlarda 45 çinli tələbənin Şimala daxil olduğu qeyd edilib.

Şimali Koreya COVID-19 epidemiyası başlayandan sonra sərhədlərini xarici dünyaya bağlayıb, lakin 2023-cü ilin iyulunda Çin və Rusiyanın rəsmi nümayəndə heyətlərinə 2020-ci ilin əvvəlində tətbiq etdiyi sərhəd məhdudiyyətlərini yumşaltmağa başlayıb. Avqust ayından isə ölkəyə daxil olmaq və xaricdə yaşayan vətəndaşlarına yenidən ölkəyə qayıtmaq imkanı verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu