ABŞ husilərə aid 2 PUA-nı hədəfə aldı
ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdə 2 pilotsuz uçuş aparatını hədəf aldığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının sosial media platforması X üzərindən verdiyi açıqlamada, dünən hədəfə alınan pilotsuz uçuş aparatlarının ABŞ və koalisiya qüvvələrinə aid gəmilər üçün təhdid yaratdığı bildirilib.
Bəyanatda bu fəaliyyətlərin naviqasiya azadlığının qorunması və beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi, bölgədən keçən ABŞ gəmiləri və ticarət gəmilərinə heç bir ziyanın olmadığı bildirilib.