Paris Olimpiadasından əvvəl Sena çayında çirklənmə xəbərdarlığı


Fransada iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiya Oyunlarında bəzi yarışların keçiriləcəyi Sena çayının çirklənmə səbəbindən üzgüçülük üçün uyğun olmadığı müəyyən edilib.



Paris Olimpiadasından əvvəl Sena çayında çirklənmə ilə bağlı xəbərdarlıq edilib.

Ətraf Mühit Təşkilatı Surfrider Fondation Paris Olimpiya Oyunlarında marafon üzgüçülük, triatlon və paratriatlon yarışlarının keçiriləcəyi çaydan son 6 ayda toplanan bütün nümunələrin suyun keyfiyyətinin qeyri-kafi olduğunu göstərir.

2023-cü ilin sentyabrdan bəri Sena çayındakı 3-cü Aleksandr və Alma körpülərinin altından götürülmüş 14 nümunədən 13-də Beynəlxalq Üzgüçülük Federasiyasının müəyyən etdiyi standartları aşaraq müxtəlif bakteriyalar, xüsusilə E. coli və enterokoklar olduğu qənaətinə gələn Surfrider Fondu çayın üzmək üçün uyğun olmadığını bəyan edib.

Paris Qubernatorluğu çayda işlərin hələ tamamlanmadığı və hazırda fəaliyyətsiz olan təmizləyici qurğuların Olimpiya Oyunları üçün istifadəyə veriləcəyi barədə məlumatı paylaşıb və problemin Olimpiadaya qədər həll ediləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu