İlin ilk Günəş tutulması ABŞ-da müşahidə olunacaq
İlin ilk tam Günəş tutulması aprelin 8-də ABŞ-ın 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək.
USA Today xəbər verir ki, bir çox insan aprelin 8-də ilin ilk tam Günəş tutulmasının şahidi olacaq.
Tutulma Meksika, ABŞ və Kanadanın bəzi hissələri boyunca təxminən 186 kilometr enində bir cığırla keçəcək.
Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən Günəş tutulmasını təkcə ABŞ-ın 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən müşahidə etmək olacaq.
Dallas, İdabel, Littler Rok, Poplar Bluff, Paducah, Carbodale, Evansville, Klivlend, Erie, Buffalo, Burlington, Lancaster və Caribou tutulmanın müşahidə oluna biləcəyi şəhərlər arasındadır.
Ay tutulmasının təsiri bəzi bölgələrdə saniyələrlə, bəzi bölgələrdə isə 4 dəqiqədən çox davam edəcək.