2023-cü ildə FED-in əməliyyat zərəri 114,3 milyard dollara çatıb


ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən il üçün auditdən keçmiş illik balans hesabatını dərc edib.



Bankdan verilən açıqlamaya görə, FED-in 2023-cü ildə cəmi xərcləri onun qazancını 114,3 milyard dollar üstələyib.

Beləliklə bank indiyə qədərki ən böyük əməliyyat zərərini qeydə alıb.

Ötən il depozit təşkilatlarının ehtiyat qalıqları üzrə faiz xərcləri 176,8 milyard dollara yüksəldiyi halda, repo əməliyyatları üzrə faiz xərcləri 104,3 milyard dollar olub.

Bankın aktiv portfelindən əldə etdiyi faiz gəliri 2023-cü ildə əvvəlki ilə nisbətən 6,2 milyard dollar azalaraq 163,8 milyard dollara düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu