ABŞ-da məktəbdə cinayət törədən şəxsin atası da qətldə təqsirli bilindi


2021-ci ildə ABŞ-ın Miçiqan ştatında məktəbə hücum edərək 4 şagirdi öldürən Etan Kramblinin atası Ceyms Kramblinin oğlunun cinayətinə görə məsuliyyət daşıdığı üçün ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinib. Etanın anası da fevral ayında səhlənkarlıqda günahkar bilinib.



30 noyabr 2021-ci ildə ABŞ-da "Oksford" Liseyinə silahlı hücum edən 15 yaşlı Etan Krambli 4 şagirdi öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.

Etanın atası Ceyms Krambli oğlunun istifadə etdiyi silahı evdə qorumadığı və hadisədə səhlənkarlıq etdiyi üçün dünən ehtiyatsızlıqdan adam öldürməkdə günahkar bilinib.

Etanın anası Cenifer Krambli də oğlunun fevralın 6-da dörd nəfəri öldürdüyü zaman valideyn səhlənkarlığına görə ehtiyatsızlıqdan adam öldürmədə təqsirli bilinib.

Ceyms və Cenifer Krambli ABŞ-da uşaqlarının cinayətinə görə məsuliyyət daşıyan ilk valideynlər olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu