Kanadadan Ukraynaya yardıma görə ABŞ-a sərzəniş


Kanadanın müdafiə naziri Bill Bleyer ABŞ-ı Ottava tərəfindən ödənilən NASAMS zenit-raket kompleksinin (SAM) Ukraynaya çatdırılmasının gecikməsinə görə tənqid edib.


Bu barədə Kanada mediası məlumat yayıb.

Bleyer bildirib ki, Vaşinqton Norveç istehsalçısı "Kongsberg Defence and Aerospace" ilə müqavilələri tamamlamaq üçün maliyyə ayırmalıdır. O vurğulayıb ki, Amerika Birləşmiş Ştatları ilə razılaşma olmasaydı, NASAMS-ın alınması standart satınalma proseduru altında illər çəkərdi.

“Biz bunu sürətləndirməyə çalışdıq. Təəssüf ki, amerikalılar sövdələşməni özlərinin maliyyələşdirməsi ilə bağlı bəzi problemlərlə üzləşdilər”, - deyə Bleyer yekunlaşdırıb.

Bundan əvvəl Kanada istismardan çıxarılan təyyarə raketlərinin Ukraynaya təhvil verilməsini təsdiqləyib. Söhbətin 80 min raketdən getdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu