Rusiya Harri Kasparovu terrorçu və ekstremistlər siyahısına əlavə etdi


Rusiya şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovu terrorçu və ekstremistlər siyahısına daxil etdiyini açıqlayıb.



Kasparovun adı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

Atası yəhudi, anası erməni olan Rusiya vətəndaşı Kasparov 1985-2000-ci illər arasında şahmat üzrə dünya çempionu olub. 2005-ci ildə şahmat karyerasını başa vuran Kasparov Rusiya prezidenti Vladimir Putinə qarşı siyasi müxalifət hərəkatlarında iştirak edib. Bir müddət sonra xaricdə yaşamağa başlayan Kasparov 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə prezident Putini tənqid edən Kasparov, "Rusiyaya qarşı Ukraynaya hərbi dəstək verməyə və Rusiya iqtisadiyyatının çökməsinə” çağırışlar edib. Kasparov 20 may 2022-ci ildə Rusiyada "xarici agent" siyahısına əlavə edilib.

Qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu