Ukrayna: "Rusiya döyüş təyyarəsini vurduq"


Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Rusiyanın "Su-34" model döyüş təyyarəsini vurduqlarını açıqlayıb.



Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də sosial media hesabındakı paylaşımında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib.

Ukrayna müdafiə qüvvələrinin əməliyyat bölgəsindəki vəziyyətinin çətin olaraq davam etdiyini bildirən Sirski, Rusiya hücum bölmələrinin müdafiəni yararaq yaşayış məntəqələrini ələ keçirməyə çalışdığı Tonenke, Avdiyivka, Orlivka, Semenivka, Bardıçi, Krasnoholivka və Zaporojya istiqamətlərində vəziyyətin xüsusilə gərgin olduğunu qeyd edib.

Rusiyanın nəzarəti bərpa etməyə çalışdığı Verbove və Robotin bölgələrində şiddətli toqquşmaların davam etdiyini bildirən Sirski, Ukrayna əsgərlərinin Orlivka qəsəbəsinin kənarına doğru irəliləyən rus əsgərlərinin hücumunu dəf etdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu