Sabiq məmur təqaüdündən narazı qaldı - DSMF-dən şikayət etdi


Hacıqabul rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.


AFN.az Valyuta.az-a istinadən xəbər verir ki, dövlət qurumunu məhkəməyə verən şəxs icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin (– baş memar) təqaüdə göndərilən İsabala Cəbrayılovdur.

İ.Cəbrayılov DSMF tərəfindən ona ayrılan təqaüddən narazı qalaraq məhkəməyə şikayət verib.

İş Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu