Cənubi Koreya: "Şimali Koreya çox sayda naməlum raket atıb"


Cənubi Koreya ordusu Şimali Koreyanın çərşənbə günü şərq sahilindən dənizə çox sayda naməlum raket atdığını açıqlayıb.



Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) açıqlamasında bildirib ki, raketlər səhər saat 9 radələrində Vonsan şəhərinin şimal-şərqindəki sulara atılıb.

Bildirilib ki, həm Cənubi Koreya, həm də ABŞ kəşfiyyat orqanları buraxılışla bağlı ətraflı təhlil aparıblar.

JCS-dən bildirilib ki, “Monitorinq və sayıqlığımızı gücləndirməklə yanaşı, ordumuz Şimali Koreyanın təxribatlarının əlavə əlamətlərini izləmək üçün ABŞ ilə sıx koordinasiyadadır”.

Qeyd edək ki, Şimali Koreyanın bir sıra silah sınaqları, o cümlədən quru və dəniz qanadlı raketləri, habelə Koreyalararası dəniz sərhədi yaxınlığında artilleriya atəşi həyata keçirməsindən sonra Koreya yarımadasında gərginlik artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu