FHN-nin Tibb Mərkəzi məhkəməyə verildi
Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib.
“Ölkə.Az”ın məlumatına görə, “Vitta Elmi-Texniki” MMC şirkətlə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Vitta Elmi-Texniki” MMC 1991-ci ildə təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğuldur.