"Beynəlxalq Bank"ın 2 əmlakı satışa çıxarıldı - QİYMƏTLƏR
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sərəncamındakı 2 daşınmaz əmlak satılıb.
"Ölkə.Az" xəbər verir ki, əmlaklar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda özəlləşdirilib.
Hərraca Banka məxsus bir qeyri-yaşayış binası və 7,2 sot torpaq sahəsi çıxarılıb.
Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 29 A ünvanında yerləşən qeyri-yaşayış binası 27 445 manata özəlləşdirilib. Şəki şəhəri, Mirzə Fətəli Axundov prospektində yerləşən torpaq sahəsi isə başlanğıc qiyməti 46 500 manat olsa da, 91 000 manata satılıb.