Sahibkardan maddi və mənəvi ziyan tələb olunur
Mebel istehsalı və satışı ilə məşğul olan "Qardaşlar Mebel" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qaynarinfo-nun məlumatına görə, Sultanov Zahir Tahir oğlu QSC rəhbərliyindən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
İş hakimElşən Kazımovun icraatındadır.
Qeyd edək ki, "Qardaşlar Mebel”in təsisçisi sahibkar Əli Mirzəyevdir. Şirkətin qanuni təmsilçisi qardaşı Mirzəyev Hüseyn Məmməd oğludur.