Gecə klubundakı görüntülərlə bağlı rəsmi açıqlama - VİDEO


Bakıda gecə klublarından birində kütləvi davanın olmasını əks etdirən görüntülər yayılıb.


Yayılan məlumatda hadisə nəticəsində 3 nəfərin bıçaqlandığı deyilib.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, həmin hadisə ötən il baş verib: “Paytaxtın Səbail rayonunda klubların birində insident ötən il olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Fakta görə rayon polis idarəsində cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu