Balıq tutarkən dizi cızıldı, indi amputasiya təhlükəsi var


İngiltərədə 40 yaşlı qadın balıq tutarkən ayağı cızılıb. İnfeksiyaya səbəb olan cızıqdan dözülməz ağrılar yaşayan qadın amputasiya olunmaq istəyir.


40 yaşlı Mişel Milton 18 avqust 2019-cu ildə balıq ovuna gedib. Ön cibindəki qarmaq ayağını cızıb. Buna məhəl qoymayaraq həyatına davam edən Mişel 4 gün sonra ayağının şişməsi və qızdırmasının artması ilə xəstəxanaya aparılıb. Qarmağın yaratdığı xırda cızığın yoluxması diaqnozu ilə o, 55 dəfə əməliyyat keçirib. Miltounn indi irin sızan yarası var və onu amputasiya etmək üçün həkimlərə yalvarır.

Həkimlər infeksiyanı dayandırmağa çalışdılar, lakin infeksiya antibiotiklərə davamlı olduqdan sonra onun ayağının zədələnmiş hissəsini amputasiya etməli olublar.

Dərinin transplantasiyası, yuyulması və toxumalarının çıxarılması da daxil olmaqla 55 əməliyyatdan sonra iki uşaq anasının ayağının iç hissəsində böyük bir deşik yaranıb.

Son beş il ərzində çoxsaylı müalicələr almasına baxmayaraq, Mişel tam sağalmayıb və hazırda antibiotiklərə qarşı yüksək müqaviməti olduğunu deyir.

"Mən heç vaxt ağlıma gətirməzdim ki, bir cızıq bu qədər zərər verə bilər. Sadəcə, ayağımın kəsilməsini istəyirəm", - Mişel deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu