Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb - VİDEO
Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin videotəlimatında qeyd olunub.
Vətəndaşlar qeydiyyat prosesi zamanı öncəliklə "Asan login"də qeydiyyatdan keçməlidirlər. Bundan sonra sistemə pasiyent kimi daxil olmaq üçün açılan pəncərədə "pasiyent" profilini seçmək lazımdır.
Daha sonra "Dərmanlar" səhifəsində yerləşən axtarış sahəsində müvafiq dərman adını, istehsal ölkəsini, qəbul formasını və s. görmək mümkündür. Siyahıda həmçinin Tarif Şurasının müəyyən etdiyi maksimum qiymət də qeyd olunub.
Qeyd edək ki, yanvarın 16-da Azərbaycanda elektron reseptin təqdimatı olub.
[media=https://youtu.be/P_6_8J48kvI]