“Kapital Bank” bank kartlarından nağdlaşdırmaya görə komissiya tutacaq


“Kapital Bank” digər bankomatlarda nağdlaşdırmaya görə komissiya haqqı tətbiq etməyə başlayır.


Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, yanvar ayının 15-dən etibarən Birbank Cashback və Birbank Miles kartları ilə ölkədaxili digər bankomatlardan nağdlaşdırma zamanı 2 manat (və ya Avro/Dollar) komissiya tutulacaq. Komissiya haqqın nağdlaşdırmanın həcmindən aslı olmayaraq eyni müəyyən edilib.

Bankdan həmçinin, o da bildirilib ki, “Kapital Bank”ın ölkə üzrə mindən çox bankomatı fəaliyyət göstərir və kart sahibləri 5 min manata kimi vəsaitlərini bu bankomatlar vasitəsilə pulsuz nağdlaşdıra bilərlər.

Qeyd edək ki, indiyə qədər bu kart sahibləri digər bankomatlardan vəsaitlərini komissiyasız nağdlaşdıra bilirdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu