Böyük Britaniyada etirazların kölgəsində boykot əleyhinə qanun qəbul edilib


Böyük Britaniyada dövlət qurumlarının Böyük Britaniyanın xarici siyasət və iqtisadi əlaqələri ilə uyğun gəlməyən boykot və sanksiya qərarları almasının qarşısını almağı hədəfləyən “Anti-Boykot Qanun layihəsi” parlament qarşısında keçirilən etirazların kölgəsində qəbul edilib.



Fələstin Həmrəylik Kampaniyasının (PSC) çağırışı ilə İngiltərə Parlamenti qarşısına toplaşan nümayişçilər "Anti-Boykot Qanunu" kimi tanınan İctimai Qurumların İqtisadi Fəaliyyətləri Qanun layihəsinə etiraz ediblər.

Etiraz parlament qarşısında davam edərkən, deputatlar İcmalar Palatasında qanun layihəsinə səs veriblər.

Qanun layihəsi İcmalar Palatası tərəfindən 235 deputatın əleyhinə 282 leyhinə səslə qəbul edilib və Lordlar Palatasına göndərilib.

Qanun layihəsi Lordlar Palatasında müzakirə edildikdən sonra qəbul olunarsa, təsdiqlənmək üçün Kral III Çarlza təqdim ediləcək. Lordlar Palatası da qanun layihəsini yenidən baxılması üçün İcmalar Palatasına göndərə bilər.

Ölkənin bir çox qeyri-hökumət təşkilatları qanun layihəsini etiraz hüququna müdaxilə kimi qəbul ediblər. Qanun layihəsi qanuna çevrilərsə, ölkədəki ictimai qurumların Böyük Britaniyanın xarici siyasəti və ya iqtisadi əlaqələri ilə uyğun gəlməyən boykotlara, sanksiyalara və ya əməkdaşlıqlara son qoymağa cəhd göstərməsi mümkün olmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu