Josep Borrell Livana səfər edib


Aİ diplomatiyasının rəhbəri Josep Borrell Livana səfər edib.



“Bu çətin zamanda dəstək göstərmək üçün Livana qayıtmaqdan xoşbəxtəm. Qarşıdan Qəzzadakı müharibənin Livan və regiona təsiri ilə bağlı mühüm görüşlər gəlir”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, prioritet regional gərginliyin qarşısını almaq və İsrail, Fələstin və region arasında ədalətli və davamlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədi ilə diplomatik səyləri inkişaf etdirməkdir.

Xatırladaq ki, yanvarın 2-də Beyrutun cənub ətraflarında baş verən partlayış nəticəsində HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu