Nigeriyada silahlı hücumlarda ölənlərin sayı 115-ə yüksəlib


Nigeriyanın Plato əyalətində silahlı şəxslərin dünən kəndlərə təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 115-ə yüksəlib.



Yayla valisi Caleb Mutfvang Channels televiziyasında iştirak etdiyi proqramda əyalətdəki 15 kəndə edilən hücumun səbəbinin hələ müəyyən edilmədiyini söylədyib.

Mutfvanq, hücumlarda həyatını itirənlərin sayının 115-ə yüksəldiyini qeyd edib.

Silahlı hücumçular dünən səhər saatlarında Plato əyalətinin Bokkos və Barkin-Ladi bölgələrində kəndlərə hücum ediblər. Hücumda çox sayda insan həyatını itirib və çox sayda da mülki vətəndaş yaralanıb. 221 evin yandırıldığı, ərzaq məhsullarının oğurlandığı qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu