Övladını taksidə qoyan ana yarıyolda fikrini dəyişibmiş
Dekabrın 8-də Bakıda anası tərəfindən taksidə qoyulan körpə körpələr evinə yerləşdirilib.
Bu barədə “Qadın və Uşaq Sığınacağı”nın rəhbəri Mehriban Zeynalova məlumat yayıb.
O bildirib ki, araşdırmalar zamanı uşağın anasının daha əvvəl də uşaq evinə müraciət etməsi məlum olub:
“Körpəni aylar əvvəl uşaq evinə yerləşdirmək üçün müraciət olunub. Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib və körpələr evinə qoymayıb. Daha sonra taksiyə minib, yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”.