Qazi əleyhinə təbliğat aparan şəxs Təhsil İdarəsindəki işindən çıxarıldı - FOTOLAR


Votsap qrupunda Vətən Müharibəsi qazisi İbrahim Hüseynovun əleyhinə kampaniya aparan Eltac Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsindəki işindən çıxarılıb.


AFN.az xəbər verir ki, bu barədə o özünün feyzbuk səhifəsində məlumat verib.

Xatırladaq ki, Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynovun Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunması tənqid edilib. Bununla bağlı deputat Fəzail Ağamalı məsələ qaldırdıqdan sonra idarə açıqlama yayaraq İbrahim Hüseynovub 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürüldüyünü bildirib. Açıqlamada qeyd edilib ki Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib. "İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir" - deyə idarədən bildirilib.
Daha sonra sosial şəbəkələrdə ŞSRTİ-nin votsap qrupu olduğu bildirilən qrupda Eltac Hüseynov idarənin açıqlamasının feyzbuk versiyasını yayaraq qrupdakı müəllimlərdən bəyənmə və rəy yazmağı istəyib. Həmin mesajın görüntüləri ictimaiyyətdə ciddi etirazlara səbəb olub.
E.Hüseynov bu gün ŞSRTİ-dəki işindən ayrıldığı barədə məlumat paylaşıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu