Şəhid övladının xəstəxanada qızılcaya yoluxması iddialarına TƏBİB-dən reaksiya


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Hepatit-A diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəhid övladının sözügedən müəssisədə qızılcaya yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


TƏBİB-dən verilən məlumata görə, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.

Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.
Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür.

Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu